Füzulidə 21 yaşlı gənc qətlə yetirildi

 23:50 05.01.2024     388

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Redaktor.az DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.