Bakının Nərimanov rayonunda tuneldə qəza baş verdi - FOTO

 23:57 05.01.2024     443

Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü maşını “Chevrolet” markalı avtomobilə çırpıb. Nəticədə “Chevrolet” tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb. Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

2