Jurnalist və iki qızı dəm qazından zəhərləndi

 17:14 06.01.2024     265

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Şəhər sakinləri - 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları - 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Ruhiyyə Rəsulova Naxçıvanda jurnalist kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.