Göyçayda qadın kanalda batdı

 18:34 06.01.2024     247

Goyçayda qadın kanalda batıb.

Redaktor.az xəbər verir ki, Göyçay sakini, 1969-ci il təvəllüdlü Məmmədova Fatma Ağakərim qızı kanalda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.