Bakıda gənc oğlan bıçaqlandı

 21:00 06.01.2024     378

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Babək prospekti 65 ünvanında qeydə alınıb.

2006-ci il təvəllüdlü Fətəliyev Elvin Məhəmmədəli oğlu prospektdə tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəminində E.Fətəliyev bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən