Lənkəranda avtomobillər toqquşdu, xəsarət alanlar var

 21:26 06.01.2024     226

Lənkəranda avtomobillər toqquşub, yaralılar var.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.