Piyadanı maşın vurub öldürdü

 09:12 07.01.2024     320

Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.