Daha bir tələbə dəm qazından boğularaq öldü

 09:51 07.01.2024     361

Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, Şabran rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır (apa).

Qeyd edək ki, ötən gün Bakı Dövlət Universitetinin III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu dəm qazından boğularaq vəfat edib.