Ötən il 11 iş birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb

 20:53 07.01.2024     244

2023-cü ildə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş açılıb.