Atasını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.
Araşdırma aparılır.