Perinatal Mərkəzdə yanğın - VİDEO

 09:00 09.01.2024     432

Respublika Perinatal Mərkəzində yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğını FHN-in yanğından mühafizə bölmələri söndürüb.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

"Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir", - deyə qeyd olunub.