Təxliyə edilən körpələrin vəziyyəti AÇIQLANDI

 13:10 09.01.2024     332

“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır”.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:

“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.