Şirvanda neft quyusundan qaz püskürdü

 22:27 09.01.2024     275

Şirvanda neft quyusundan qaz püskürüb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

Hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvbəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.