45 yaşlı kişi sirkə içdi, öldü

 09:45 10.01.2024     286

Bakıda 45 yaşlı kişi sirkə turşusu içərək ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

1979-cu il təvəllüdlü R.Məmmədov yaşadığı evdə sirkə turşusu içib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.