“Shaurma N1”də YANĞIN - VİDEO

 11:56 10.01.2024     502

Bakıda restoranda yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisində yerləşən “Shaurma N1” restoranının dam örtüyündə qeydə alınıb.

FHN yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, qurumun "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.