Göygöldə yol qəzasında ölən var

 14:55 10.01.2024     257

Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, qəza zamanı iki avtomobil toqquşub.

Nəticədə 1995-ci il təvəllüdlü Elimxan Şabanov aldığı xəsarətlərdən ölüb. Daha bir nəfər isə xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.