Cəlilabadda yol qəzası oldu, 34 yaşlı qadın xəsarət aldı

 21:21 10.01.2024     240

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində, rayon sakini, 1990-cı il təvəllüdlü S.Əliyeva müxtəlif bədən xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.