Sürət həddini aşan "Opel" sürücüsünün cəriməsi "Mercedes"ə yazıldı - FOTO

 16:09 11.01.2024     323

Bakıda qayda pozan sürücünün cəriməsi digər sürücünün adına tərtib edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "avtosfer"ə cərimələnən sürücü məlumat verib. Belə ki, 99-KB-648 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü dekabrın 30-da, paytaxtın Neftçilər prospektində hərəkət sürətini aşdığı üçün E-Patrul vasitəsilə cərimələnib. Lakin kamera həmin qeydiyyat nişanındakı "8" rəqəmini "9" kimi fiksə edərək digər sürücüyə, yəni 99-KB-649 qeydiyyat nişanlı "Mercedes"in sürücüsünə tərtib olunub.

Sürücü səhvən tərtib edilmiş həmin protokolun ləğv edilməsini xahiş edir.

222