Bakıda mənzildə meyit tapıldı

 19:37 11.01.2024     226

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.