Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

 20:45 11.01.2024     210

Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.