Sumqayıtda yaşayış binasında YANĞIN - 6 nəfər TƏXLİYƏ EDİLDİ

 13:09 12.01.2024     299

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 5 otaqlı mənzilin bir otağında 1 ədəd kondisioner və ev əşyaları 12 m² sahədə yanıb.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.