Masazırda eyvandan yıxılan 15 yaşlı qız əməliyyat olundu

 20:06 12.01.2024     285

Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat icra olunub.

Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti stabildir.