43 yaşlı qadın dəm qazından boğularaq öldü

 23:01 12.01.2024     560

Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.