Göygöldə minik avtomobili yandı

 14:19 13.01.2024     302

Göygöl rayonunda minik avtomobili yanıb.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, Göygöl rayonu, Üçtəpə kəndində "Mercedes-Benz" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.