“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanıldı

 19:24 13.01.2024     340

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, H.Vəliyev barəsində Daxili İşlər Nazirliyinə bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Məlumatı DİN-dən təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.