Goranboyda piyadanı maşın vurdu, vəziyyəti ağırdır

 23:57 14.01.2024     898

Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Əlirzalı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Müşviq Quluyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.