Bakı-Qazax yolunda 10-dan çox nəqliyyat vasitəsi toqquşdu

 09:41 15.01.2024     380

Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində baş verib.

10-dan çox avtomobil toqquşub.

Nəqliyyat vasitələri arasında bir avtobus, iki yük maşını, üç mikroavtobus və bir neçə minik maşını var.

Qeyd edilib ki, 7 avtomobilin iştirakı baş verən qəzada avtomobillərə ziyan dəyib.

İlkin olaraq "Mercedes" markalı avtomobil körpü üzərinə maneə dəyib.

Ondan sonra gələn avtomobillər bir-birinə toqquşub.(APA)