İtkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

 14:07 15.01.2024     822

Polis əməkdaşları Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetməni taparaq aidiyyəti üzrə təhvil verib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

***

09:52

Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.

Redaktor.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Ağayev Cümşüd Elşad oğlu yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.