Bakıda güclü PARTLAYIŞ: Ölənlər və xəsarət alanlar var - Yenilənib -VİDEO

 13:11 15.01.2024     486

Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.

***

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

Redaktor.az xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.

***

13:00

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.