“Böyük oğlumdan xəbər yoxdur” - Sexdəki partlayışda xəsarət alan şəxslərin yaxınları - VİDEO
Binəqədi rayonu ərzisindəki sexdə partlayış nəticəsində xəsarət alan şəxslərin yaxınları danışıb.
Redaktor.az Baku.ws-ə istinadən xəbər verir ki, sexdə çalışan Rövşən adlı şəxsin anası hadisə ilə bağlı ətraflı məlumatının olmadığını deyib.
“İşdə idim, yoldaşı Rövşənin iş yerində partlayış olduğunu bildirdi”, - ana qeyd edib.
Digər şəxs isə sexdə iki oğlu və nəvəsinin çalışdığını bildirib:
“Oğlum və nəvəm yanıq xəsarətləri alıb. Həkimlər dedi reanimasiyadadırlar. Böyük oğlumdan isə xəbər yoxdur. Dedilər sexdədir, amma çıxıb-çıxmayıb xəbərim yoxdur”.
Ətraflı videomaterialda: