Bakıda sexdəki yanğında ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.
Bu barədə Redaktor.az-a FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:28
Redaktor.az xəbər verir ki, dağıntılar altından çıxarılan meyitlərin sayı 6-ya çatıb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
***
17:16
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Redaktor.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl yanğın zamanı 3 nəfərin öldüyü, 24 nəfərin yaralanmağı barədə açıqlama verilmişdi.