Sumqayıtda küçədə kişi meyiti aşkarlandı
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayonunda qeydə alınıb.
1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyiti yoldan keçən sakinlər tərəfindən aşkar olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (report)