Ağsuda qanunsuz ov edən şəxslər müəyyən olundu

 21:24 15.01.2024     196

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağarx kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri – S.Manafov, E.Nəcəfzadə və A.Alışov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 1 ədəd “İJ” markalı ov tüfəngi və ovladıqları çöl quşları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.