İşə getmək adı ilə evdən çıxmışdı, axtarılır

 14:21 16.01.2024     354

Qəbələdə 22 yaşlı gənc itkin düşüb.

Redaktor.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev dünən səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, F. Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri həyata  keçirilir.