İtkin düşən məktəbli tapıldı - FOTO

Qubada itkin düşən 13 yaşlı məktəbli tapılıb.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
***
Qubada 7-ci sinif şagirdi itkin düşüb.
Redaktor.az xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.
Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür.
