Bakıda binanın lifti qırıldı, dörd nəfər xəsarət aldı

 21:33 16.01.2024     369

16.01.2024-cü il tarixində saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Redaktor.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. (APA).