Tələbə dəm qazından zəhərləndi

 15:33 17.01.2024     385

Şamaxıda tələbə dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə Şamaxı şəhəri Teymur Zahidov küçəsində baş verib. Həmin küçədə kirayədə yaşayan tələbə, Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Məmmədova Gülər Rəşad qızı boğulma əlamətlərilə Şamaxı şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada tələbənin yaşadığı ünvanda dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada G.Məmmədova tibbi yardım göstərilib vəziyyətinin stabil oldugu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən