Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

Şamaxıda bu gün iki nəfər dəm qazından zəhərlənib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Gülər Rəşid qızı və rayon sakini 1959-cu il təvəllüdlü İsrayılov İsrayıl Kərəm oğlu dəm qazından zəhərləniblər.
Onlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Vəziyyətləri orta ağırdır.