“Binanın yanğın baş verən hissəsində tələbələr yaşamır” - RƏSMİ

 09:01 18.01.2024     166

Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin yataqxanasında yanğın baş verib.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yanğın kollecin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində qeydə alınıb.

Nazirliyin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. 

Qeyd edilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.