Səbaildə qadın ov tüfəngi ilə vuruldu

 16:33 18.01.2024     276

Bakının Səbail rayonunda qadına ov tüfəngi ilə xəsarət yetirilib.

Baş Prokurorluqdan Redaktor.az-a bildirilib ki, Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.