Lənkəranda ər və arvad dəm qazından boğuldu

 19:12 18.01.2024     244

Lənkəranda ər və arvad dəm qazından boğulub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.

Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. (report)