Masallıda ev yandı, sakinlər təxliyə olundu

 21:36 18.01.2024     233

Masallıda ev yanıb, sakinlər təxliyə olunub.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində, 1986-cı il təvəllüdlü Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə baş verib.

Odun sobasının səbəb olduğu yanğında ev yaşayış üçün yararsız hala düşüb.

Qeyd edək ki, evdə yaşayan ana və üç azyaşlı uşaq qohumlarının evində yerləşdiriliblər. (report)