Mahaçqalada qaz sızmasından yanğın oldu, üç azyaşlı öldü

 22:33 18.01.2024     307

Dağıstanın paytaxtı Mahaçqalada fərdi yaşayış evində qaz sızmasından partlayış olub.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Klinik Xəstəxanası məlumat yayıb.

Partlayışla müşahidə olunan yanğın nəticəsində bir ailənin üç uşağı ölüb.

Hadisədə valideynlər xəsarət laraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.