2 qız itkin düşdü

Gəncədə məktəbli itkin düşüb.
Redaktor.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Nigar Nurullayeva oxuduğu 27 saylı məktəbdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.
Bundan başqa Bakı şəhəri Yasamal rayonunda yaşayan 2008-ci il təvəllüdlü Pərvanə Ləman Nadir qızı yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.