Goranboyda sükan arxasında halı pisləşən türkiyəli sürücü qəza törətdi
Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.
Redaktor.az "report"a istinadən xəbər verir ki, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.
Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.