Xaçmazda ürəyindən bıçaqlanan kişi öldü

 22:29 19.01.2024     300

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, 1991-cı il təvəllüdlü Cəbrayılov Qərib Vahid oğlu şəhər mərkəzində küçələrdən birində bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ürəy nahiyyəsindən bıçaq yarası aldığı məlum olub.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)