Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

 14:49 20.01.2024     502

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib..

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, bir kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.