Sabirabad sakinləri qanunsuz ov tüfənglərini polisə könüllü təhvil verdilər

 19:12 20.01.2024     336

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.