Azərbaycanlı həkim ABŞ-də vəfat etdi - İtkin düşmüşdü

 22:33 20.01.2024     334

Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-nin Mayami şəhərində qəfildən vəfat edib.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun daha öncə itkin düşdüyü bildirilir.

Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş.

Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək.