Bakıda gənc oğlan bıçaqlandı

 09:25 21.01.2024     255

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, olay Savalan yaşayış massivində yaşanıb.

Belə ki, 1996-ci il təvəllüdlü Emin Eynullayev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Bıçaqlanaraq ağır xəsarət alan E.Eynullayev Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırır.